Mübarək intihara cəhd edib
04 Mart 2011 Cümə 11:11
Qamal bank hesablarının dondurulduğunu eşidəndən sonra zəhər içib
Misirin sabiq prezidenti Hüsnü Mübarəkin kiçik oğlu Qamal atasının hakimiyyətdən getməsindən sonra intihara cəhd göstərib. ANS PRESS-in “Ria Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Qamal Mübarək xarici banklardakı hesabları dondurulduqdan sonra Qahirə şəhərində özünü zəhərləyib.

Qamalın yaxınlarının məlumatına görə, o, zəhəri öz çayına tökərək içib. Təcili olaraq hadisə yerinə gələn həkimlərin səyi nəticəsində Hüsnü Mübarəkin oğlunun həyatı xilas edilib. Qamalın qanından götürülmüş nümunənin analizi onun zəhərləndiyini təsdiq edib.

Qeyd edək ki, Misirin sabiq liderinin oğlunun milyonlarla dollar yatırdığı hesabları İrlandiya, İsveçrə, Fransa və Norveçin banklarındadır.

Xatırladaq ki, Hüsnü Mübarək Misirdə bir neçə həftə davam edən xalq hərəkatından sonra fevralın 11-də istefa verərək hakimiyyətdən uzaqlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar