Noyabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. MSK mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən ikisi təmin edilməyib, birinin araşdrıma müddəti uzadılıb, biri qanunla müəyyən edilmiş şikayətvermə müddəti ötürüldüyündən ərizəçinin özünə geri qaytarılıb.
Digərləri isə aidiyyatı üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.
Komissiyanın iclasında cari məsələlərə də baxılıb. anspress
MSK şikayətləri rədd edir
Müraciətlərdən ikisi təmin edilməyib, digərinin isə araşdırma müddəti uzadılıb.




Şərhlər