Gündəm

MSK Rüstem İbrahimbeyova yox dedi

Natiq Memmedov: Azerbaycan Konstitusiyasının 100-cü maddesinde deqiq yazılıb ki, ikili vetendaşlığı olan şexsler seçkilerde iştirak ede bilmezler.

· Xəbərçi
MSK Rüstem İbrahimbeyova yox dedi
Xəbər verdiyimiz kimi, Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun sənədləri bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

MSK -nın sədr müavini Natiq Məmmədov virtualaz.org-a açıqlamasında bildirib ki, R.İbrahimbəyovun sənədlərinə 5 gün müddətində baxılacaq.

N.Məmmədov onu da vurğulayıb ki, Komissiyada müraciətlərin hamısına baxılır, son qərarı isə MSK-nın bütün üzvləri qəbul edirlər:

“ Bildiyim qədəri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı ilə bağlı problemi var. Azərbaycan Konstitusiyasının 100-cü maddəsində isə açıq və dəqiq yazılıb ki, ikili vətəndaşlığı olan şəxslər seçkilərdə iştirak edə bilməzlər”.

Şərhlər