Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin və 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətlərə də baxılıb. Hər iki müraciət rədd edilib.
Ümumilikdə, MSK 5 müraciətin təmin edilməməsi, 2 müraciətə baxılması müddəti uzadılması, 3 şikayətin müraciət edənin özünə qaytarılması, 1 müraciətin müvafiq dairə seçki komissiyasına göndərilməsi məqsədəuyğun sayıb.
MSK sədri Məzahir Pənahov bildirib ki, növbəti günlərdə MSK-nın iclasları davam edəcək. İclaslarda ayrı-ayrı seçki dairələrdə seçkinin nəticələrinin ləğvinə dair müraciətlərə baxılacaq. MSK sədri bildirib ki, iclasda keçmiş namizədlər də iştirak edə bilərlər.
MSK müracətləri təmin etməyib
Məzahir Pənahov bildirib ki, iclasda keçmiş namizədlər də iştirak edə bilərlər




Şərhlər