Moskva polisi azerbaycanlıları saxlayıb
01 Avqust 2013 Cümə Axşamı 02:26
Rusiya paytaxtında irimiqyaslı xüsusi emeliyyat davam edir.
Rusiya polisinin Moskvada irimiqyaslı xüsusi əməliyyatı davam edir. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, iyulun 31-də keçirilən əməliyyat zamanı 1200 Vyetnam vətəndaşı saxlanılıb.

Tədbir zamanı İraq, Suriya, və Azərbaycandan olan 8 nəfərdə tutulub. Onlar qanunsuz mühacirətin təşkilində şübhəli bilinir. Həmin şübhəlilərə qarşı cinayət işi açılıb.

«Onların 4-ün Rusiya vətəndaşlığı var. Hazırda bunun da səhihliyi yoxlanılır»-deyə, Moskva polisi bildirib.

Moskvanın Sovet küçəsindəki sağlamlıq mərkəzində polis mühacirlərin yaşayış yerini aşkarlayıb. Orada Misir, Mərakeş, Suriya, Qırğızıstan, Özbəkistan və Azərbaycandan olan 200-ə yaxın gəlmə saxlanılıb. Polis onların bəzilərindən travmatik tapança aşkarlandığını bəyan edib.

Hüquq-mühafizə orqanlarını axtarışı zamanı Vyetnam vətəndaşlarından saxta pasport və qanunsuz mühasibat da tapılıb.

Əməliyyatda 900-dən çox polis və 80-ə yaxın drujinnik iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar