ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Ağdam rayonunun Təzəkənd kəndinin cənub istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Riter Ki və Vladimir Çontulov keçirib.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisindəki təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrje Aberle və Jaslan Nurtazin keçirib. ANSPRESS
Monitorinq insidentsiz başa çatıb
Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçirilib




Şərhlər