Misirin keçmiş baş naziri həbs edildi
11 Aprel 2011 Bazar Ertəsi 00:29
Əhməd Nazif prokurorluqda yeddi saat dindirilib
Misirin keçmiş baş naziri Əhməd Nazif ötən cün maliyyə prokurorluğunda korrupsiya itihamları üzrə dindirildikdən sonra barəsində qətimkan tədbiri seçilib. Məlumatı Misir KİV-i yayıb.Əhməd Nazif barəsində 15 günlü həbs-qətimkan tədbiri seçilib. Lakin bu müddətin uzadılacağı gözlənilir.
Keçmiş baş nazir bazar günü maliyyə prokurorluğunda ifadə verib. Dindirmə yeddi saat davam edib və dövlət vəsaitləri ilə fırıldaqlara həsr olunub.
Xatırladaq ki, yanvarın 25-də Misirdə baş vermiş xalq üsyanından sonra korrupsiyada ittiham olunan keçmiş yüksək vəzifəli şəxslər barəsində onlarla cinayət işi başlanıb. Hazırda daxili işlər, maliyyə, turizm, mənzil və kommunal təsərrüfat, informasiya nazirləri şəbsdədirlər. Bəzi nazirlər isə ev dustağıdır.
DOSTLARINLA PAYLAŞ: