Gündəm

Misirdə yaralıların sayı 400-ə çatıb

Toqquşmalar zamanı bir nəfər dünyasını dəyişib

· Xəbərçi
Misirdə yaralıların sayı 400-ə çatıb
Misirdə prezident tərəfdarları ilə müxalifətçilər arasında baş verən toqquşmada yaralananların sayı 400 nəfərə çatıb. Misir Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yaralananlardan bir nəfər ölüb.

Xatırladaq ki, Hüsnü Mübarəkin istefası tələbi ilə Misirin Təhrir meydanına toplaşanlara etiraz olaraq prezidenti dəstəkləyən qüvvələr Mustafa Mahmud meydanına yığışıb.

Mübarək tərəfdarları ilə əleyhdarları toqquşma zamanı dəyənəklərdən istifadə edib və nəticədə çoxlu sayda insan başından xəsarət alıb.

Şərhlər