Misir “Rəfah” sərhəd keçidi açdı
19 Fevral 2011 Şənbə 04:08
Qəzza bölgəsinə yeganə qapı olan nəzarət-buraxılış məntəqəsi üç gün humanitar məqsədlərlə açıq olacaq
Qəzza bölgəsinin iki həftədənçoxdur Misiri tərk edə bilməyən 250 vətəndaşı bu gecə muxtariyyətin sərhədini keçib.

“Rəfah” sərhəd keçidi Qəzza bölgəsi və Misir arasında yeganə qapıdır. Keçid yarım illik istismardan sonra yanvarın 25-də Misirdə küiləvi aksiyaların başlanması ilə yenidən bağlanmışdı. Muxtariyyətin islamçı hökumətində sərhəd keçidləri idarəsinin rəisi Qazi Hamad billirib ki, Misir hakimiyyət “Rəfah” nəzərət-buraxılış məntəqəsini üç gün müddətinə yalnız humanitar ehtiyaclar üçüb açıb. O qeyd edib ki, rəsmi Qahirə ilə sərhədin bu müddət başa çatdıqdan sonra normal rejimdə açılması üçün danışıqlar aparılır.

Fələstin tərəfinin məlumatına görə, Misirdə müalicə olunan və üçüncü ölkələrdən gələn fələstinlilər son günlər Misir əraziçini tərk edə bilməyiblər.

Qəzza sektoru “Həmas” silahlı dəstələri tərəfindən ələ keçirildikdən sonra muxtariyyətlə Misir arasındakı yeganə yol olan “Rəfah” keçidi üç ildən artıq bağlı qalıb. 2010-cu ildə Qəzza sahillərində humanitar yardım daşıyan “Azadlıq donanması” ilə bağlı insidentdən sonra Misir hakimiyyəti nəzarət-buraxılış məntəqəsinin açılması ilə bağlı qərar qəbul edib. Bu, Misirdə kütləvi etirazlar başlayanadək davam edib. Yanvarın 25-də Misirdə yaranan gərginlikdən sonra isə “Rəfah” yenidən bağlanmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar