Minsk qrupu tərəflərin problemini həll etməyəcək
02 Aprel 2011 Şənbə 20:27
ATƏT-in fəaliyyətdə olan sədri, Litva XİN başçısı Audronyus Ajubalis Cənubi Qafqaz regionuna səfərinin yekunlarından danışıb.
Martın 5-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşündən sonra Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində müəyyən irəliləyiş üçün şərait yaranıb. Latviyanın DELFİ agentliyinə müsahibəsində bunu ATƏT-in fəaliyyətdə olan sədri, Litva XİN başçısı Audronyus Ajubalis Cənubi Qafqaz regionuna səfərinin yekunlarına əsasən bildirib.

A. Ajubalisin sözlərinə görə, Minsk qrupunun həmsədrlərinin çox vaxt tənqid etdiklərinə baxmayaraq bu qrup işləyir: “Onu tənqid edənlərin isə qrupun fəaliyyəti barədə məlumatı yoxdur. Mənim fikrimcə, Rusiya prezidentinin vasitəçiliyi ilə həmsədrlərin münaqişə tərəflərinə təklifləri irəliləyiş üçün ciddi bazadır. Lakin Minsk qrupu tərəflərin problemini həll etməyəcək. O, hər hansı planlar təklif edə bilər, lakin bütün tərəflərin siyasi əzmi olmasa, heç kəs vəziyyəti tənzimlənmə istiqamətində hərəkət etdirə bilməyəcək”.

ATƏT-in sədri qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsi barədə öz təklifini xatırladaraq qeyd edib ki, bu, etimad istiqamətində kiçik addım olardı. Latviya XİN başçısı deyib ki, iş elə gətirib ki, mən regiona gedən gün bir azərbaycanlı oğlan öldürülüb: “Ertəsi gün mən Gürcüstandan Ermənistana tərəf gedərkən bir erməni hərbçisini öldürmüşdülər. Snayperlər tərəflərin heç birinə nə hərbi uğur gətirə bilər, nə də siyasi uğur. Əksinə əgər snayperlər geri çəkilsəydi müsbət nəticə alınardı. Mən Ermənistanı nümunə göstərmək üçün öz snayperlərini birtərəfli qaydada geri çəkməsini təklif etdim, lakin rədd cavabı aldım”.

ATƏT-in sədri razılıq hissi ilə bildirib ki, Soçidə tərəflər sərhəddə baş verən hadisələrin təhqiqatı üzrə mexanizm barəsində məsləhətləşmələrə başlamaq barədə razılığa gəliblər. O, deyib ki, yuxarıda adlarını çəkdiyim kədərli hadisələrdən sonra o, Dağlıq Qarabağ üzrə öz nümayəndəmin bu hadisələri araşdırmaq üçün yola düşməsini xahiş edib.

A. Ajubalisin sözlərinə görə, o, Azərbaycanda və Ermənistanda olarkən hər iki tərəfin silahlanmasından son dərəcə narahat olduğunu bildirib. O vurğulayəb ki, bu, etimadın olmamasını göstərir, danışıqlar isə yalnız gərginlik olmadığı vaxtda aparılır”.

Litva XİN başçısının sözlərinə görə, o, səfərdə olduğu müddətdə demokratiya, insan hüquqları və mətbuat azadlığı problemlərinə, təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi məsələlərinə diqqəti cəlb edib. ATƏT-in fəaliyyətdə olan sədrinin fikrincə, ayrılıqda hər bir ölkədə hadisələrin inkişafına nəzər salsaq, islahatlar və demokratiya istiqamətində müəyyən müsbət irəliləyiş görmək olar: “Bu irəliləyişin sürəti və qarşıya çıxan çətinliklər müxtəlifdir, lakin hər bir ölkədə müsbət dəyişikliklər müşahidə olunur. Əgər gərginlik mənbələri və dondurulmuş münaqişələr olmasaydı, bu proseslər daha sürətlə gedə bilərdi”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar