Milli Şura ABŞ və Avropadan kömək istədi
01 Avqust 2013 Cümə Axşamı 15:07
Biz Amerika və Avropa təşkilatlarını Azərbaycanın öz sonuncu şansını necə itirdiyini müşahidə edərək kənarda durmamağa çağırırıq.
Milli Şura üzvləri ABŞ və Avropa qurumlarına müraciət edib. ANS PRESS-in “Turan”a istinadən verdiyi məlumata görə, müraciətdə deyilir ki, bu il dinc, azad seçki keçirilməsi və demokratiyaya yumşaq keçid üçün Azərbaycana son imkanı verir. Biz Amerika və Avropa təşkilatlarına və institutlarına müraciət edərək onları Azərbaycanın öz sonuncu şansını necə itirdiyini müşahidə edərək kənarda durmamağa çağırırıq.

İyulun əvvəlində ABŞ Konqresinin nümayəndə heyəti İlham Əliyevlə görüşündə müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyovun seçkiyə buraxılmaması ehtimalı ilə bağlı narazılığını bildirib. Onlara zəmanət verilib ki, Rüstəm İbrahimbəyovun seçkidə iştirakına heç bir maneə olmayacaq. Lakin Azərbaycan hakimiyyəti belə güclü namizəddən qorxur və odur ki, indiyədək seçkiyə ATƏT və Avropa Parlamentindən müşahidəçilər dəvət etməyiblər.

Rüstəm İbrahimbəyova qarşı uydurma ittihamlara son qoyulmur. Kino işçilərini ona qarşı yalan ifadələr verməyə məcbur edirlər. Onları korrupsiyada və rüşvətxorluqda ittiham edirlər və bütün bunların arxasında Rüstəm İbrahimbəyovun dayandığını söyləməyə məcbur edirlər. Məqsəd Rüstəm İbrahimbəyova qarşı cinayət işi qaldırmaqdır ki, Bakıya gələndə həbs etsinlər və seçkiyə buraxmasınlar.

Milli Şura ABŞ Konqresinə, BMT, Avropa Şurası, ATƏT və Avropa Parlamentinə müraciət edərək buna yol verməməyə çağırır. Milli Şura beynəlxalq birliyi Azərbaycan xalqının yanında olmağa və hökumətdən öz öhdəliklərinə və vədlərinə əməl etməyi, Rüstəm İbrahimbəyovun qarşıdakı seçkidə iştirakına şərait yaratmağı tələb etməyə səsləyir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar