Gündəm

Metroda bomba heyecanı yaşandı

Metroda bomba heyecanı yaşandı. Neriman Nerimanov stansiyasında partlayıcı qurğu yerleşdirilmesi barede melumat daxil olub.

· Xəbərçi
Metroda bomba heyecanı yaşandı
Bakı Metropolitenində bomba həyacanı yaşanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirliyin"112" qaynar telefon xəttinə Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. FHN-nin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə stansiyanın giriş və çıxışında, platformada, xidməti otaqlarda, keçidlərdə, ticarət köşklərində və ətraf ərazilərdə axtarış işləri aparıblar. Axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.

Şərhlər