Mendeleyev cədvəlinə yeni element daxil olur
30 Avqust 2013 Cümə 07:00
İsveçli elm adamları yeni bir elementin varlığını sübut ediblər.
Kimyəvi elementləri dövri cədvəlinə yeni element daxil ola bilər. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, isveçli elm adamları 115 atom nömrəli yeni bir elementin varlığını sübut ediblər.
İlk dəfə 2004-cü ildə rusiyalı alimlər tərəfindən gündəmə gətirilən və müvəqqəti olaraq "ununpentium" adı verilən elementlə bağlı danışan Lund Universitetinin professoru Dirk Rudolf araşdırmanı "son illərdə bu sahədə edilən ən əhəmiyyətli iş və çox müvəffəqiyyətli bir təcrübə" kimi qiymətləndirib.
Ancaq "ununpentium" un kimyəvi elementlərin dövri cədvəlinə əlavə olunması üçün müvafiq fizika və kimya təşkilatı tərəfindən təsdiqlənməsi lazımdır. Elementi beynəlxalq fizika və kimya dərnəklərinin üzvlərindən seçilən bir komissiya qiymətləndirəcək.
DOSTLARINLA PAYLAŞ: