Məmmədyarovun İrana səfəri başlayıb
07 Mart 2011 Bazar Ertəsi 12:26
XİN rəhbəri İran-Azərbaycan hökumətlərarası komissiyasının iclasında iştirak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda səfərdədir. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun ANS PRESS-ə verdiyi xəbərə görə, XİN rəhbəri İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak edəcək.

Poluxovun sözlərinə görə, səfər bu gün başa çatacaq.

Xatırladaq ki, bu komissiyaya Azərbaycan tərəfdən Elmar Məmmədyarov, İran tərəfdən bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi rəhbərlik edir. Elmar Məmmədyarovun səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlər müzakirə olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar