Məmmədyarov sabah həmsədrlərlə görüşəcək
04 İyun 2010 Cümə 15:25
Görüş İtaliyanın Venesiya şəhərində baş tutacaq.
Sabah Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Görüş İtaliyanın Venesiya şəhərində baş tutacaq. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun ANS-ə verdiyi məlumata görə, əsas müzakirə mövzusu həmsədrlərin Ermənistan tərəfi ilə keçirdiyi görüşün nəticələri olacaq.

“Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllindəki hazırki vəziyyət və gələcək addımlar da müzakirə ediləcək məsələlər sırasındadır”, - deyə Poluxov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar