Gündəm

Medvedev və Əhmədinejad Bakıda görüşdülər

Rusiya prezgörüşdüidenti iranlı liderə bəzi məsələlərdə Moskvanın mövqeyini izah edəcək

· Xəbərçi
Medvedev və Əhmədinejad Bakıda görüşdülər
Bu gün Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısı çərçivəsində Bakıda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev İran prezidenti Mahmud Əhmədinejadla görüşüb. Bu, iki liderin üçüncü görüşü hesab edilir. ANS PRESS-in məlumatına görə, Rusiya prezidentinin köməkiçisi Serqey Prixodko prezidentlərin görüşü haqda bildirib ki, Rusiya dövlət başçısı İslam ölkəsinin lideri ilə apardığı danışıqlar zamanı Tehranın dünya ictimaiyyəti ilə əməkdaşlığı məsələlərində Moskvanın mövqeyini aydınlaşdırmağa səy göstərəcək.

Xatırladaq ki, bundan öncə Mahmud Əhmədinejad və Dmitri Medvedev 2008-ci ildə Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüş keçirmişdi. Həmin vaxt iranlı lider "belə görüşlərin daha tez-tez" keçirilməli olduğunu vurğulamışdı.

Şərhlər