Medvedev Brüsseldə Qarabağdan danışıb
07 Dekabr 2010 Çərşənbə Axşamı 21:30
Rusiya-Avropa Birliyi sammitində münaqişənin həlli və regionun ümumi təhlükəsizlik məsələləri müzakirə olunub
Rusiya prezidenti Dmitri Medvedev Brüsseldə Rusiya-Avropa Birliyi sammitində Dağlıq Qarabağ münaqişəsinə toxunub. “Biz bu gün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və regionun ümumi təhlükəsizlik məsələlərini müzakirə etdik”,- deyə Medvedev Brüsseldə mətbuat konfransında bildirib.

Qeyd edək ki, bu gün Brüsseldə Rusiya-Avropa Birliyi sammiti öz işinə start verib. Birliyi görüşdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Avropa Şurasının sədri Herman van Rompey təmsil edir.

Sammitdə tərəflər Rusiya və Avropa Birliyi ölkələri arasında vizasız rejimə keçidlə bağlı məsələləri müzakirə edəcək. Eləcə də, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv olması məsələsi əsas prioritetlərdən biri olacaq.





DOSTLARINLA PAYLAŞ:

oyunlar