Məlumata görə, bu barədə Rusiya prezidentinin rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, zirvə toplantısına 5 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan rəhbərləri qatılacaq.
Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı fikir mübadiləsinin aparılması, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsinin müzakirə olunması gözlənilir.
Dövlət başçılarının sonda Bəyannamə imzalayacaqları bildirilir.
Medvedev Bakıya gələcək
Rusiya prezidenti Dmitri Medvedev noyabrın 18-də Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak edəcək.




Şərhlər