Medvedev Astananı tərk edib
01 Dekabr 2010 Çərşənbə 16:45
Prezident vaxtından əvvəl ölkəsinə qayıdıb
Rusiya prezidenti Dmitri Medvedev ATƏT-in Qazaxıstanda keçirilən sammitində iştirakını başa vurub və vaxtından əvvəl Astananı tərk edib. ANS PRESS-in xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, əvvəllər prezidentin köməkçisi Sergey Prixodko Medvedevin sammitdə iki gün iştirak edəcəyi barədə məlumat vermişdi.

Xatırladaq ki, Rusiya prezidenti Astanaya bu gün gəlib və sammitdə çıxış edib. Astana sammitinin iki gün keçiriləcəyi nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar