Gündəm

Məcid Əliyev: "ANS-ə dəymiş maddi ziyan ödəniləcək"

Hadisədə təqsirkar olan şəxslər cəzalandırılaraq işdən azad ediləcək

· Xəbərçi
Məcid Əliyev: "ANS-ə dəymiş maddi ziyan ödəniləcək"
Bu gün səhər saat 05:00 radələrində ANS TV-nin əməkdaşları - müxbir Anar Qafarov və operator Polad Orucov peşə fəaliyyətini yerinə yetirərkən özlərini “Azərenerji” ASC-nin mühafizə xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən təzyiqə məruz qalıblar.

Anar Qafarov bildirib ki, yanğını lentə almaq üçün əraziyə yaxınlaşan zaman bir qrup şəxs onlara çəkiliş aparmağa mane olaraq zorakılığa əl atıb: “Biz onlara inzibati əraziyə yaxınlaşmadığımızı bildirsək də, çəkiliş qurupuna təzyiqlər davam etdirildi. Nəticədə operator Polad Orucov müxtəlif dərəcəli yüngül xəsarətlər aldı, çəkiliş qrupuna məxsus videokamera sındırıldı”.

Hadisəyə münasibət bildirən “Azərenerji” ASC-nin vitse-prezidenti Məcid Əliyev bildirib ki, baş vermiş xoşagəlməz hadisə ilə bağlı artıq qurumda araşdırma aparılır: “Hadisədə təqsirkar olan şəxslər cəzalandırılaraq işdən azad ediləcək. İnsident nəticəsində ANS-ə dəymiş maddi ziyan ödəniləcək”.

Xatırladaq ki, hadisə Xırdalandan şəhərindəki 220 kilovotluq yarımstansiyanın yaxınlığında baş verib. ANSPRESS

Şərhlər