MDB-yə sədrlik Rusiyaya keçdi
01 Yanvar 2010 Cümə 11:15
Bu il Moskvada MDB dövlət başçılarının iki sammitin keçirilməsi nəzərdə tutulur
Bu gündən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik Moldovadan Rusiyaya keçib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl bəyan etmişdi ki, Rusiyanın quruma birillik sədrliyinin konsepsiyasında əsas yeri innovasiyalar və elm tutur. Onun sözlərinə görə, “Rusiya 2010-cu il ərzində MDB-yə sədrlik edəcək ölkə kimi öz konsepsiyasını və onun reallaşdırılması planını hazırlayıb. Bundan başqa, rusiyalı nazir bildirib ki, MDB-nin humanitar sahədə fəaliyyət prioriteti İkinci Dünya müharibəsində qələbənin 65 illiyi olacaq: “Bu il MDB-də veteranlar ili olacaq. Bu barədə qərar dövlət başçıları tərəfindən Kişinyov sammitində qəbul edilib”.

Qeyd edək ki, Moskva özünün sədrlik konsepsiyasını MDB-nin ötən ilin oktyabrında Kişinyovda keçirilən sammitində təqdim edib. Sənəddə elm və innovasiyalar, energetika, miqrasiya sahələrində Birlik ölkələri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

Bu il Moskvada iki sammitin keçirilməsi planlaşdırılır. Onlardan biri dövlət başçılarının İkinci Dünya müharibəsində qələbənin 65 illiyinə həsr oulmnuş qeyri-formal görüşüdür. Yüksək səvviyəli rəsmi görüşün isə dekabrda baş tutacağı gözlənilir. Həmin zirvə görüşündə Rusiyanın MDB-yə sədrliyinin yekunları nəzərdən keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar