MDB-nin yaranmasından 18 il ötür
08 Dekabr 2009 Çərşənbə Axşamı 03:00
Azərbaycan quruma qoşulmağa 1991-ci ildə razılıq versə də, MDB-yə 21 ay sonra üzv olub
Bu gün MDB-nin yaranmasından 18 il ötür. Birlik ilkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belarus tərəfindən qurulub. MDB-nin qurulması haqqında ilkin razılaşma 1991-ci il dekabrın 8-də Belarusun Brest şəhəri yaxınlığında qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci ildə Mixail Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında bölüşdürmək üçün təşkil edilmişdi.
Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan da MDB-yə qoşuldu. 21 dekabr 1991-ci ildə Alma-atada bu ölkələrin Birliyə üzvlüyü ilə bağlı razılıq əldə olunub. Azərbaycan parlamenti isə bu qərarı 21 ay sonra-1993-cü ilin sentyabrında ratifikasiya edib və həmin vaxtdan ölkəmiz MDB-nin tamhüquqlu üzvünə çevrilib.
1993-cü ilin oktyabrında MDB-yə qoşulan Gürcüstan 2008-ci ildə Rusiya qoşunlarının Gürcüstana girməsinə etiraz əlaməti olaraq, qurumun sıralarını tərk etdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: