MDB metroloqları Qəbələyə toplaşıb
25 Noyabr 2010 Cümə Axşamı 15:50
Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB ölkələri Dövlətlərarası Şurasının 38-ci iclası öz işinə başlayıb
Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB ölkələri Dövlətlərarası Şurasının 38-ci iclası bu gün Qəbələdə öz işinə başlayıb. Şuranın toplantısına Moldova və Ermənistandan başqa bütün MDB dövlətlərinin bu sahəyə məsul olan şəxsləri iştirak edir.

Dövlətlərarası Şuranın icraçı katibi Nikolay Soneç keçirilən iclasda 30-dan artıq məsələyə baxılacağını, o cümlədən son bir il ərzində Birlik Dövlətlərində texniki tənzimləmə, metrologiya, uyğunluğun təsdiqi sahələrində görülən işlərin və perspektivdəki birgə əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini bildirib. Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov isə ölkədə bu sahə üzrə həyata keçirilən dövlət proqramı barədə məlumat verib. Onun sözlərinə görə, dövlət proqramına əsasən regionlarda laboratoriyaların təşkili davam edir.

R.Həsənov bildirib ki, dünən Gəncədə yeyinti məhsullarının analizi laboratoriyası açılıb: “Bu proses davam edir. Sumqayıtda isə neft-qaz sənayesi üzrə təhlil aparan laboratoriya və dozimetrik laboratoriyanın inşası davam edir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar