Mars planetində dəmir yolu
03 Noyabr 2011 Cümə Axşamı 05:47
Skipper şəkillərdən birində qatar relsi, qatar stansiyası və relslərdə hərəkət edən bir obyekt olduğunu deyir.
Amarikanın tanınmış araşdırmaçı və virtual arxeoloqu Cozef Skipper Mars planetindən göndərilən foto-şəkillərlə əlaqəli yeni və maraqlı iddialar irəli sürüb. Skipper şəkillərdən birində açıq şəkildə qatar relsi, qatar stansiyası və relslərdə hərəkət edən bir obyekt olduğunu deyir.
Yüksək keyfiyyətli “Google” Mars şəkillərinin üzərində apardığı araşdırmaları ilə məşhur olan Skipper bu planetdə naqliyyat sistemi kəşf etdiyini bildirir.
Skipperin bu fikirloəri ilə razılaşmayanlar isə şəkildə görünən relsə bənzər cizgilər barədə heç bir açıqlama verə bilmirlər.
Bu “relslər” qırmızı planetdəki Qeyl (Gale) kraterinə 900 km-lik məsafədən başlayır və kraterə doğru uzanır.
NASA isə kraterin olduğu əraziyə araşdırma aparmaq üçün kosmik vasitə göndərməyi planlaşdırır.
DOSTLARINLA PAYLAŞ: