Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Azərbaycan üzrə əlaqələndiricisi Andrey Çupovun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutundan bildirilib. Məlumata görə, üç gün davam edəcək səfər Azərbaycanla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında 2009-2011-ci illəri əhatə edən 5 layihənin müzakirəsi məqsədi daşıyır.
Səfər zamanı Azərbaycanla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında texniki əməkdaşlıq üzrə çərçivə proqramını əhatə edəcək son təkliflər paketi də hazırlanacaq. Nümayəndə heyəti Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsində, Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Milli Elmlər Akademiyasında və Respublika Onkologiya Mərkəzində də görüşlər keçirəcək. /ANS TV/