Mamontlar qayıdır
14 Yanvar 2011 Cümə 12:10
Yapon alimlər mamontu klonlaşdırmaq fikrinə düşüblər.
Yaponiyalı alimlər nəsli kəsilmiş mamontları yenidən həyata qaytarmaq fikrinə düşüblər. Alimlər genetika elminin son nailiyyətlərini tətbiq etməklə bu fantastik ideyanı reallaşdırmağa qərar veriblər. Kioto universitetinin professoru Akira İritani mamont heyvanının qalıqlarını taparaq bu heyvanı klonlaşdırmaq ideyası üzərində işləyir.

Alim digər yapon professor Teruxiko Vakayamanın 2008-ci ildə 16 il əvvəl dondurulmuş siçanları yenidən klonlaşdırılaraq həyata qaytarmasından sonra mamontları da klanlaşdırmaq fikrinə düşüb. Akira İritani mamontların qalıqlarını axtarmaq üçün Sibirə yola düşmək fikrindədir. Yaponiyalı alim mamont cəsədi tapa bilməsə, o zaman rusiyalı həmkarlarına müraciət edərək onlardan kömək istəmək fikrindədir. Alim mamont hüceyrəsi tapdıqdan 4 il sonra heyvanı klonlaşdıracağına ümid edir.

Xatırladaq ki, 1993-cü ildə efirə çıxan “Yura dövrünün parkı” filmində buna bənzər hadisələr ekranlaşdırılmışdı. Filmdə alimlər ölmüş ağcaqanadlardan onların dinozavrlardan sorduqları qanı əldə edərək dinizavrları klonlaşdırmışdılar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar