Litva prezidenti Azerbaycandakı sefirini geri çağırıb
29 Avqust 2013 Cümə Axşamı 11:49
Azerbaycan ve Macarıstandakı sefirler sentyabrın 30-da vezifelerinden gedecekler.
Litvanın Azərbaycan və Macarıstandakı səfirləri Arturas Jurauskas və Renatas Yuşka geri çağrılır. Bu barədə ölkə prezidenti Dalya Qribauskayte qərar qəbul edib. ANS PRESS-in məlumatına görə, bu barədə məlumat "Delfi" agentliyində yer alıb.

Ötən gün Litva höküməti Azərbaycan və Macarıstandan səfirlərini geri çağırmaq qərarına gəlimişdi. Litvanın səfirlərinin sentyabrın 30-da vəzifələrindən götürüləcəyi qeyd edilmişdi.

Xatırladaq ki, “YouTube” video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənib. Söhbətin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir.

Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini qeyri-formal şəkildə bölüşüb, Litva parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R.Yuşka telefon söhbətində Dağlıq Qarabağın “Artsax” adlandırılmasını düzgün saydığını deyib. O, həmçinin bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar