Litva höküməti Azərbaycandakı səfirini geri çağırır
28 Avqust 2013 Çərşənbə 17:38
Həmçinin Macarıstandakı səfir də geri çağırılıb.
Bu gün Litva höküməi Azərbaycan və Macarıstandan səfirlərini geri çağırmaq qərarına gəlib. ANS PRESS-in Delfi agentliyinə istinadən verdiyi xəbərə görə, Litva sentyabrın 30-da səfirləri Renatas Yuşka və Arturas Juraukası vəzifələrindən götürəcək.

Xatırladaq ki, bir müddət əvvəl “YouTube” video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənib. Söhbətin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyi güman edilir.

Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüb, Litva parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R. Yuşka telefon söhbətində Dağlıq Qarabağın “Artsax” adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar