"Qaliblərimizlə və bu müsabiqənin şəhərimizdə keçirilməsi ilə fəxr etdirik".
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Bakı" jurnalının baş redaktoru Leyla Əliyeva Azərbaycanın rəsmi "Eurovision" Fan Klubunu dəstəkləyib. Leyla Əliyeva müraciətində bu il “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçiriləcəyindən çox şad olduqlarını deyib.
"Bu, bizim şəhərimizi, qədim tariximizi, zəngin mədəniyyətimizi, ənənələrimizi göstərməyə çox yaxşı bir imkandır. Əminəm ki, şəhərimiz müsabiqəyə gələn hər bir insanın xoşuna gələcək və onlar şəhərə ilk baxışdan vurulacaqlar. Əlbətdə ki, bu, böyük nailiyyətdir, çünki Azərbaycan bu müsabiqədə 4 ildir iştirak edir.
Qaliblərimizlə və bu müsabiqənin şəhərimizdə keçirilməsi ilə fəxr edirik. Onların qalibiyyəti çox emosional və xoşbəxt an idi. Mən “Eurovision”un fan-klubuna, bu gənclərə və onların təşəbbüsünə, ideyasına görə təşəkkür etmək istərdim. Biz hər şey etməyə, dəstək verməyə və kömək etməyə hazırıq ki, Bakıda keçiriləcək müsabiqə daha da maraqlı və gözəl olsun”.
Qeyd edək ki, OGAE (fransızca : Organisation générale des Amateurs de l'Eurovision) "Eurovision Song Contest"-in beynəlxalq fan-klubudur.