Gündəm

Lavrov və Davudoğlu Qarabağdan danışıblar

Rusiya və Türkiyə XİN rəhbərlərinin görüşünün sonunda yekun bəyannamə imzalanıb.

· Xəbərçi
Lavrov və Davudoğlu Qarabağdan danışıblar
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdə Türkiyə ilə Rusiya arasında münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq, İran və Suriya problemləri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq, terrorizmlə birgə mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Tərəflər bu problemlərin həlli istiqamətində səylərini gücləndirmək qərarına gəliblər.
Görüşün sonunda yekun bəyannamə imzalanıb.

Rusiya ilə Türkiyə arasında dialoq və digər sahələrdə qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan S.Lavrov strateji planlaşdırma üzrə qrupun fəaliyyətini yüksək qiymətləndirib.

Ə.Davudoğlu isə Türkiyə ilə Rusiya arasında Strateji Səviyyəli İttifaqın yaradılmasının və bu çərçivədə strateji planlaşdırma üzrə qrupun fəaliyyət göstərməsinin iki ölkə münasibətləri tarixində xüsusi əhəmiyyət daşıdığını deyib.

Şərhlər