Gündəm

Lavrov həmsədrlərlə görüşüb

Görüşdə vasitəçilik fəaliyyətinin gələcək əlaqələndirilməsinə dair fikir mübadiləsi aparılıb

· Xəbərçi
Lavrov həmsədrlərlə görüşüb
Rusiya xarici işlər naziri Sergey Lavrov şənbə günü ATƏT-in Minsk qrupu həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov, həmçinin təşkilatın fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb. Bu barədə Rusiya XİN-in bazar günü yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, göruş zamanı Soçidə keçirilən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitin yekunları müzakirə olunub.

"Minsk qrupunun həmsədrliyi çərçivəsində vasitəçilik fəaliyyətinin gələcək əlaqələndirilməsinə dair fikir mübadiləsi aparılıb", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, şənbə günü Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyan Soçi yaxınlığındakı Krasnaya Polyana dağ xizəyi kurortunda danışıqlar keçirib.

Şərhlər