Kür daha bir bəndini dağıtdı
12 May 2010 Çərşənbə 10:30
Sabirabadın Ulacalı kəndi su altında qalıb.
Bu gecə Sabirabad rayonunun daha bir kəndi sel suları altında qalıb. ANS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, gecə saatlarında Kür çayı Ulacalı kəndi ərazisindəki bəndlərdən birini dağıdıb. Nəticədə əvvəl qismən su basmış kənd indi tamamilə su altında qalıb. Əhali gecə saatlarında evakuasiya olunub.
Bundan başqa, bəndin dağılması nəticəsində rayonun Azada kəndini də su basıb. Qeyd edək ki, kənd sel təhlükəsi altında olduğuna görə, əhali bir həftə əvvəl buradan köçürülübmüş.
Bununla da Sabirabadda su altında qalan kəndlərin sayı 5-ə çatıb. Hazırda fəlakət bölgəsində polis və Fövqəladə Hallar Nazirliyinin qüvvələri var. Bəndin bərpa olunması istiqamətində işlər davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: