Konstitusiya günü
12 Noyabr 2010 Cümə 01:40
15 il əvvəl qəbul edilən Konstitusiya demokratik respublika modelinə keçidin hüquqi əsasını təşkil edir.
Bu gün Azərbaycanda Konstitusiya günüdür. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya, Azərbaycanı demokratik prezident respublikası elan etdi. Bununla da Azərbaycanda 1920-ci ildən sonra qurulmuş hüquqi-siyasi sistem, rəsmi olaraq öz mövcudluğuna son qoydu.158 maddədən ibarət yeni Konstitusiya, sovet respublika modelindən demokratik respublika modelinə keçidin hüquqi əsasını təşkil etdi. Əsas qanunun qəbul edilməsindən yeddi il sonra isə 2002-ci ilin avqustun 24-də referendum keçirildi, Konstitusiyanın 24 maddəsinə əlavə və dəyişikliklər edildi. Bu əlavə və dəyişikliklər, Azərbaycanın Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi demək idi. Orada bildirilir ki, 14 il əvvəl qəbul edilmiş ölkə Konstitusiya, Azərbaycanın fəaliyyətinin əsas prinsiplərini, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən edib. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bir çox sahələrdə, xüsusən də hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Hakimiyyət bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparılıb, respublikamız insan hüquqları sahəsində bir çox konvensiyalara qoşulub, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradılıb.

Xatirladaq ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağli 2009-cu ildə də ümumxalq referendum keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar