Gündəm

Klinton Qazaxıstana gedib

ABŞ-ın dövlət katibi artıq Astanadadır

· Xəbərçi
Klinton Qazaxıstana gedib
ABŞ-ın dövlət katibi Hillari Klinton bu gün Qazaxıstana səfər edib. Astananın Beynəlxalq hava limanında amerikalı qonağı ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev şəxsən özü qarşılayıb.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi 1-2 dekabr tarixlərində ATƏT-in sammitində iştirak edəcək. Hillari Klinton Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşəcək.

Şərhlər