İsveçdə Azərbaycan telekanalı açılıb
15 May 2013 Çərşənbə 23:34
Kanalın müasir HD formati ilə yayımlanacağı haqda qərar qəbul edilib.
İsveçin Malmö şəhərində “Bütöv Azərbaycan” Televiziyasının açılış mərasimi keçrilib.
ANS PRESS Publika.az-a istinadən xəbər verir ki, kanalın təsisçiləri - Dünya Azərbaycanlıları Konqresinin sədri, professor Mirəşrəf Fətiyev və təşkilatın İdarə Heyətinin üzvü Cavad Derəxtidir. “Bütöv Azərbaycan” adlanan yeni televiziya kanalı İsveçdə qeydiyyatdan keçib. Kanalın müasir HD formati ilə yayımlanacağı haqda qərar qəbul edilib. Bütün texniki vəsait bu formata uyğundur. Televiziya açılışına Azərbaycandan və Avropa ölkələrindən soydaşlarımız və Türkiyə mətbuatının təmsilçiləri qatılıb. Tədbirin xüsusi qonaqları sırasında Azərbaycanın millət vəkili Etibar Hüseynov, Azərbaycanın xalq artisti Bilal Əliyev də olub. Azərbaycan diaspor qurumlarından İsveçin Azərbaycan Federasiysı, Ümumrusiya Azərbaycan Konqresi, Güney Azərbaycan Milli İstiqlal Partiyası, Dünya Azərbaycanlıları Konqresi təşkilatlarının təmsilçiləri bu tədbirdə iştirak etməklə “Bütöv Azərbaycan” Televiziyasına hər zaman yardıma hazır olduqlarını bildiriğlər.
“Bütöv Azərbaycan” Televiziyasının həmtəsisçisi Mirəşrəf Fətiyev bildirib ki, “yeni kanalı açmaq zərurəti İran dövlətinin köklü xalqlarına, xüsusən, azərbaycanlılara qarşı diskriminasiya siyasətinin günbəgün şiddətlənməsindən irəli gəlib”.
DOSTLARINLA PAYLAŞ: