İstanbulda “Ginnes”ə iddialı iftar süfrəsi
23 Avqust 2010 Bazar Ertəsi 02:15
İki zolaqlı magistral yolda qurulmuş süfrənin uzunluğu 10 km olub və bu ziyafətdə 41 120 nəfər yemək yeyib.
Türkiyə İstanbulun Esenler rayonunda “Ginnes”in rekordlar kitabına namizəd iftar süfrəsi qurulub. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki zolaqlı magistral yolda hərəkətin dayandırılması ilə qurulmuş süfrənin uzunluğu 10 km olub və bu ziyafətdə 41 120 nəfər yemək yeyib.

Ziyafətdə Ginnesin 50 nəfərlik heyəti də iştirak edərək rekordun qırılması barədə dəqiq məlumatlar əldə etməyə çalışıb. Əldə ediləm məlumatlar və video-çarxlar İngiltərəyə göndərilib. Nəticələr isə bir neçə həftə sonra bilinəcək.

İftar süfrəsinə yeməyi yerli sakinlər evlərindən gətirib, bundan başqa Esenler belediyəsi də bu ziyafətə 10 ton düyü, 8 ton ət, 500 məcməyi paxlava, 100 000 şüşə su, 45 000 qutu ayran və 45 000 qutu meyvə şirəsi ilə dəstək verib. Ziyafətdə iştirak edənlərə 2 900 nəfər xidmət edib.

Qeyd edək ki, hazırda dünyanın ən böyük iftar süfrəsi rekordçusu 16 250 nəfərlə Vaşinqton şəhəridir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar