İsrailin malları boykot ediləcək?
01 İyun 2010 Çərşənbə Axşamı 17:50
Qarabağ Azadlıq Təşkilatı İsrailin yardım gəmisinə hücumu ilə bağlı bəyanat yayıb.
Qarabağ Azadlıq Təşkilatı Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə İsrail hakimiyyəti tərəfindən hərbi hücum edilməsini, vətəndaş cəmiyyəti nümayəndələrinin qətlə yetirilməsini insanlığa qarşı cinayət kimi qiymətləndirir. QAT-ın mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə, təşkilatın bununla bağlı verdiyi bəyanatda bildirilir ki, İsrail rejimi bu qanlı hərəkəti ilə özünü sivil dünyaya qarşı qoyub, beynəlxalq hüquq normalarını, bəşəri dəyərləri tapdalayıb.
"Bu dəhşətli olay İsrail rejiminin həqiqi mahiyyətini bir daha aydın şəkildə nümayiş etdirib. İsraildə qaniçən, terrorçu, quldur bir dəstə hakimiyyətdədir. Dünya birliyi bunun fərqinə varmalı, təcili tədbirlər görməlidir", deyə bəyanatda deyilir.
QAT tələb edir:
1. İsrail Birləşmiş Millətlər Təşkilatının üzvlüyündən dərhal xaric edilməlidir. Bu terrorçu dövlətin mədəni dövlətlərlə bir sırada dayanmağa mənəvi haqqı yoxdur.
2. Beynəlxalq birlik İsrailin hərəkətlərini faşizmin ən eybəcər təzahürü kimi dəyərləndirməli və ona qarşı ən kəskin sanksiyalar tətbiq etməlidir. İsrailin baş naziri B.Netanyahu və terrora məsul olan digər şəxslər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
3. Azərbaycan İsraillə bütün münasibətlərini, o cümlədən diplomatik əlaqələri kəsməlidir. İsrailin Azərbaycandakı səfriliyi fəaliyyətini dayandırmalı və ölkəni tərk etməlidir.
4. Biz Azərbaycanın bütün vətəndaşlarını İsrailə qarşı ictimai qınağın müxtəlif formalarından istifadə etməyə, iqtisadi, ticari və mədəni əlaqələrdən imtina etməyə, o cümlədən İsrail mallarını boykot etməyə çağırırıq.
5. Biz erməni faşizminin ağır nəticələrini öz üzərimizdə hiss etdiyimizə görə, dünyanı faşizmin daha bir təzahürü olan yəhudi faşizminə qarşı vaxtında və təsirli addımlar atmağa, erməni, yəhudi və digər eybəcər faşizm təhlükələrinin ayaq açıb yeriməsinə imkan verməməyə çağırırıq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: