Gündəm

İsrailin BMT-dəki daimi nümayəndəsi istefa verdi

2008-ci ildən bu vəzifədə fəaliyyət göstərən Şalevin əvəzinə kimin təyin olunacağı hələlik bilinmir.

· Xəbərçi
İsrailin BMT-dəki daimi nümayəndəsi istefa verdi
İsrailin BMT-dəki daimi nümayəndəsi Qabriel Şalev tutduğu vəzifədən istefa verib. İsrail radiosu Şalevin bu qərarı barədə xarici işlər naziri Aviqdor Libermana məlumat verdiyini deyib. Radionun xəbərinə görə, 2008-ci ildən bu vəzifədə fəaliyyət göstərən Şalevin əvəzinə kimin təyin olunacağı hələlik bilinmir.

Qeyd edək ki, bu vəzifəyə təyin olunacaq namizədlər arasında “Bar İlan” universiteti hüquq fakultəsinin professoru Yaffa Ziberşatz ilə Xarici İşlər nazirliyinin müşaviri Yossi Qalın adı hallanır.

Şalevin istefa səbəbləri barədə məlumat verməyən radio onun gələn il akademyalardan birində sədr olacağını bildirib. ANSPRESS

Şərhlər