İşğal olunmuş Azərbaycan ərazilərinə səfərlər davam edir
13 Sentyabr 2013 Cümə 14:36
XİN rəsmisi bildirib ki, bu səfərlər əksər hallarda qonaqlar aldadılaraq həyata keçirilib.
“Xarici ölkə vətəndaşlarının Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərə səfərləri hələ də davam edir”. ANSPRESS-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, müraciət etdikləri təqdirdə Dağlıq Qarabağa icazəsiz səfər edənlərin adları “arzuolunmaz şəxslər” siyahısından çıxarılacaq.
Abdullayev qeyd edib ki, öz hərəkətlərinin yalnış olduğunu hiss edərək Azərbaycan Respublikasına müraciət edən şəxslərin adları “qara siyahı”da olmayacaq. “İşğal olunmuş ərazilərə səfər edənlər arasında Con Hoppins universitetinin tələbələrinin guya ki, adları var idi. Onlar Azərbaycana müraciət edərək adlarının çıxarılmasını istəyiblər. Bu tələbələr adlarını qara siyahıda görəndən sonra öz hərəkətlərinin yalnış olduğunu hiss etdilər və öz müraciətlərində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını və adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş etmişdilər”.
Mətbuat katibi qeyd edib ki, Azərbaycanın tərtib etdiyi siyahı daimi deyil. XİN sözücüsünun məlumatına görə, müraciətlərədəki müşahidələr həmin şəxslərin aldadıldığını və yalnış istiqamətləndirildiyini göstərir. XİN rəsmisi müraciət edənlər arasında İvan Bonoviç, Nikolas Bonola və.s kimi şəxslərin adlarının olduğunu vurğulayıb. Adları çəkilən şəxslər isə Nalbandyanın köməkçiləri tərəfindən təşviq edildiklərini bildiriblər.
Sözcü digər nümunə kimi Rusiya Dövlət Dumasının sədri Aleksey Mitrofonov və “Amerikanın səsi”nin Rusiya və MDB bürosunun rəhbəri Ceyms Bruqun adlarının olduğunu qeyd edib. “Həmin şəxslərin öz səfərlərinin həyata keçirməsindən təəssüflənməsi, ən önəmlisi Azərbaycana bir də səfər etmə imkanını itirimə təhlükəsi ilə üzləşməsindən narahatlıqları müşahidə olunur. Onlar Azərbaycana səfərlərinə məhdudiyyət qoyulmasını istəmirlər, davam etməsini istəyirlər”.
Elman Abdullayevin sözlərinə görə, rəsmi İrəvan dairələri guya Azərbaycanın bu səfərləri ciddiyə almaması abu-havasını yaratmağa çalışır. O, erməni lobbisinin siyasi təzyiqi və maddi dəstəyi ilə özünə karyera quran şəxsləri ora göndərməklə həmin ərazilərə marağın yüksək olması obrazını yaratmağa çalışdğını vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: