İrandan Azerbaycana gelenlerin sayı azalıb
27 Sentyabr 2013 Cümə 12:15
İranla viza rejimi baresinde yeni danışıqlar aparılacaq.
“Bu il İrandan Azərbaycana gələnlərin sayı 8% azalıb.” ANS PRESS-in verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. Nazir bunun normal proses olduğunu qeyd edib.

“Ümumilikdə Azərbaycana gələn turistlərin sayında artım olsa da, İrandan Azərbaycana gələnlərin sayında azalma müşahidə olunur. Bu sadəcə maraqların tənzimlənməsidir. Biz düşünürük ki, qonşu ölkələr bizim prioritet istiqamətlərimizdir”.

İranla viza rejiminin ləğvi məsələsi barəsində də danışan nazir yeni danışıqların aparılacağını deyib: “İranda bu yaxınlarda bilirsiz ki, keçid dövrü yaşandı. Biz öz imzaladığmız müqavilələrə sadiq qalaraq yeni rəhbərliklə, yeni strukturla danışıqlar aparacağıq. Bu elə də böyük problem deyil”.

Xatırladaq ki, bir neçə gün əvvəl İran tərəfi Azərbaycanla viza rejimini tək tərəfli ləğv edildiyini bildirib. Bu addımın turistlərin ölkəyə cəlb edilməsi üçün atıldığı ifadə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar