İranda Qarabağ konfransı keçiriləcək
13 Avqust 2013 Çərşənbə Axşamı 17:52
Qarabağ Beynəlxalq Konfransı 6 noyabr 2013-cü ildə Təbriz Unversitetnidə keçiriləcək.
İran Qarabağ münaqişəsi ilə bağlı beynəlxaq konfrans keçirəcəyini bəyan edib. Modern.az bildirir ki, bu barədə Tehran radiosu məlumat yayıb. Qarabağ Beynəlxalq Konfransı 6 noyabr 2013-cü ildə Təbriz Unversitetnidə keçiriləcək. Konfransın elmi katibi, doktor Məhəmməd Əli Pərğu jurnalistlərə açıqlamasında bildirirb ki, beynəlxalq tədbirin əsas məqsədi “iranlı, qafqazlı və dünyanın müxtəlif ölkələrindən olan mütəxəssis alimlər arasında Qarabağla bağlı yekdil fikrin formalaşması və münaqişənin həllində İranın fəaliyyətinə baxışdır”.

“Beynəlxalq Konfrans tarixi və coğrafi, mədəni və ictimai, iqtisadi, beynəlxalq hüquq kimi 40-dan artıq mövzularda məqalə qəbulu elan edib”-deyə Pərğu vurğulayıb ki, məqalələrin tam mətnini oktyabrın 7-nə qədər göndərə bilərlər.

Konfransa İran İslam Respublikasının 7 unversiteti, nufuzlu elmi,siyasi mərkəzləri qatılacaq. Konfransa rəsmi Tehranın nümayəndələri də iştirak edəcək.

“Bu konfrans Cənubi Qafqazın mədəni və ictimai durumunda dönüş nöqtəsi olacaq”-deyə Pərğu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar