İran xristian dünyasını hədələdi
06 Dekabr 2009 Bazar 17:25
İran xristian dünyasını hədələdi. İsveçrədə yeni minarələrin tikilməsinə qoyulan qadağa Tehranda ciddi narazılıqla qarşılanıb.
İran hökuməti İsveçrədə yeni minarələrin tikilməsinə qoyulan qadağa ilə bağli İsveçrə hökumətinə etiraz edib. İsveçrənin İrandaki səfiri Silviya Ley-Aqosti ölkəsinin yeni qanunu ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran rəsmiləri İsveçrə diplomatına bildirib ki, bu kimi qərarların verilməsi islam və xristian dinləri arasında gərgin münasibətlərin yaranması ilə nəticələnə bilər.

İranın XİN başçısı Manüçohr Mottaki isveçrəli həmkarı Mişlin Kalmi-Reylə telefon danışığında minarələrin tikintisinin qadağası məsələsinin referenduma çıxarılmasını insan hüquqları və demokratiyanı təbliğ edən ölkə üçün yolverilməz olduğunu deyib. İranlı diplomatın sözlərinə görə, İsveçrə hökuməti bu qərarı verməklə bütün müsəlman dünyasında öz nüfuzüna ciddi ziyan vurub.

İsveçrə tərəfi isə İrana cavabında minarələr haqqında qanunun referenduma tam demokratik yolla çıxarıldığını və buna sonadək riayət ediləcəyini bildirib. İsveçrə XİN-i bundan sonra da ölkəsində yaşayan bütün müsəlmanların əvvəlki kimi ibadətlə məşğul olacağını deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar