İran serhedlerini Azerbaycan üçün bağladı
08 Noyabr 2013 Cümə 11:42
Bilesuvar Gömrük İdaresinin resmisi Mirrafiq Mirsulatov İran terefinin keçidi dayandırmaqla bağlı heç bir sebeb göstermediyini deyib.
İranın Azerbaycanla serheddi Bilesuvar rayonu erazisinden bağlanıb. Dünenden etibaren Bilesuvar Serhed Buraxılış Menteqesinde qarşı terefe gediş-geliş İran terefinden tamamile dayandırılıb. ANS PRESS-in bölge müxbirinin verdiyi melumata göre, hazırda 200 yaxın neqliyyat vasteleri 800-den çox vetendaş serhedi keçmek üçün növbe gözleyir.
Dövlet Gömrük Komitesinin Bilesuvar Gömrük İdaresinin resmisi Mirrafiq Mirsulatovun ANS PRESS-in bölge müxbirine verdiyi melumatda faktı tesdiqleyib. M.Mirsultanov bildirib ki, İran terefi keçidi dayandırmaqda heç bir sebeb de göstermir. Defelerle qarşı teref görüşe çağrılsa da, İran terefi bundan imtina edib.
DOSTLARINLA PAYLAŞ: