İradə Aşumova seçicilərə səsləndi
07 Noyabr 2010 Bazar 13:25
İradə Aşumova seçicilərə səsləndi. "Hava çox gözəldir, gedin səs verin".
ANS-in əməkdaşlarının müşahidə apardığı Nərimanov rayon 19 saylı birinci seçki dairəsinin 18 saylı seçki məntəqəsində səsvermə planlaşdırıldığı kimi saat 8.00-da başlayıb. Məntəqədə qeydiyyata alınmış 1436 seçicidən bu saata qədər təxminən 70 nəfəri öz seçimini edib. Məntəqə sədri yaxın saatlarda aktivliyin daha da artacağını bildirib.
Qeyd edək ki, bu məntəqədə səs verənlər arasında güllə atıcılığı üzrə olimpiya mükafatçısı İradə Aşumova da var. O, ANS vasitəsilə seçicilərə səslənib:
"Birincisi, səs vermək mənim borcumdur. Səsvermə sakit və rahat keçir. Nə basabas, nə də ajiotaj var. Bir də istəyirəm xalqıma deyim ki, hava çox gözəldir. Durun, naharınızı edib, nəvələrinizi, körpə uşaqlarını da götürüb gəlin səs verin. Gözəl parkımız var. Uşaqlar parkda oynasın, özünüz də rahat səs verin. Maşınlar da azdır. Bu gün bazar günüdür. Gedin səs verin. Bu sizin ömrünüzü bir az da uzadar". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: