Gürcüstan hüquq-mühafizə orqanları İnterpol xətti ilə axtarışda olan Türkiyə və Azərbaycan vətəndaşlarını saxlayıb. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşı Mustafa Ayaz və Azərbaycan vətəndaşı Cavid Məhərrəmov Sarpi sərhəd-keçib məntəqəsində tutulublar.
M. Ayaz 2007-ci ildə axtarışdadır. Almaniyanın Bonn regional məhkəməsi onun cinsi zorakılıq və təcavüz ittihamları ilə 3 il və 2 ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
27 yaşlı C. Məhərrəmov isə Bakı kafelərin birində Muxtar Hacıyev adlı şəxsə ölümcül xəsarətlər yetirdiyinə görə axtarışa verilib. Gürcüstan DİN İnterpolun Bakı Bürosunu 2013-cü ilin mayın 27-dən axtarışda olan C. Məhərrəmovun tutulması barədə xəbərdarlıq edib.
Hər iki şəxs hazırda təcridxanada saxlanılır.
İnterpolun axtardığı azerbaycanlı Gürcüstanda saxlanılıb
Gürcüstan DİN İnterpolun Bakı Bürosunu axtarışda olan Cavid Meherremovun tutulması barede xeberdarlıq edib.




Şərhlər