İnsanlar qızıllarını satmağa başlayıb
29 İyul 2011 Cümə 17:53
Avropa ölkələrində başlayan bu prosesə qızılın qiymətinin bahalaşması təkan verib.
Dünya bazarında qızılın qiymətinin qalxdığı bir vaxtda Portuqaliya və İspaniya kimi ölkələrdə insanlar maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün öz qızıllarını satmağa başlayıb. Portuqaliyanın paytaxtı Lissabonda qızıl dükanlarının gün ərzində əhalidən aldığı qızıl zinət əşyalarının sayı artıb. Zərgərlər qızılın qiyməti qalxandan “ikinci əl” qızıl satanların sayında 40 faiz artım müşahidə edildiyini deyir. Maliyyə böhranının yaşandığı Portuqaliyada qızıl satışının həcmi 30 faiz azalıb.

Qonşu İspaniyada da qızılın qiymətinin qalxması qızıl alış-verişinə təsir edib. Paytaxt Madriddə qızıl alıcıları öz müştərilərini mağazalarda gözləməklə kifayətlənmir, küçələrə çıxaraq qızıl-zinət əşyalarını satmaq istəyənlərlə maraqlanırlar. Maddi vəziyyətini düzəltmək istəyən ispanlar da portuqaliyalılar kimi dəyərli ailə qızıllarından vaz keçməyə məcbur olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar