İmmiqrantlar üçün yeni test
14 Fevral 2010 Bazar 13:15
Britaniya vətəndaşı olmaq istəyənlər növbədə durmağı bacarmalıdı
Britaniya vətəndaşlığı almaq istəyən immiqrantlara növbədə durmaq qaydaları öyrədiləcək. “The Daily Telegraph”-ın yaydığı xəbərə görə, bu barədə bir sıra nəzəri məsələlər immiqrantların vətəndaşlıq almazdan öncə verməli olduqları test imtahanına daxil ediləcək.

Qəzet qeyd edir ki, son zamanlar ölkədə immiqrantaların ictimai yerlərdə növbələrini gözləməməsi və ictimai nəqliyyatda qeyri etik davranışları ilə bağlışikayətlərin sayı artıb.

Növbədə durmağın düzgün qaydaları yaxın zamanlarda immiqrantların mütləq qaydada öyrənməli olduqları 150 səhifəlik “Britaniyada həyat” kitabına daxil ediləcək.
Xatırladaq ki, 2005-ci ildən etibarən Britaniya vətəndaşlığı almaq istəyən şəxslərlə bir çox qaydaları öyrətmək məqsədi ilə 45 dəqiqəlik test imtahanı keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar