İmam Mehdi (e) ne vaxt zühur edecek?
06 Avqust 2013 Çərşənbə Axşamı 20:35
Ayetullah İbrahim Emini İmam Mehdi (e) zühur vaxtını teyin edenlerden danışdı.
"İmam Mehdi (ə) nə vaxt zühur edəcək?" sualını Ayətullah İbrahim Əmini belə cavablandırıb: "İmam Mehdinin (ə) zühuru üçün müəyyən bir vaxt təyin edilməyibdir. Hətta Əhli-beyt imamları (ə) vaxt təyin edənləri yalançı adlandırıblar. Fuzeyl İmam Baqirdən (ə) "Görəsən Mehdinin (ə.s) zühur edəcəyi zaman müəyyəndirmi?" deyə soruşduqda. imam cavabında üç dəfə "Zühur zamanını təyin edən yalan danışmışdır" deyib.

Əbdürrəhman ibn. Kəsr nəql edirki, mən İmam Sadiqin (ə) hüzurunda olduğum zaman Mehzem Əsədi içəri daxil oldu və dedi ki: "Canım sizə fəda olsun! Gözlədiyiniz haqq dövlətini quracaq olan Qaimi Ali Məhəmmədin zühuru gecikdi. Bu nə vaxt reallaşacaq?

İmam bu cavabı verdi: "Onun zühur vaxtını təyin edənlər yalan danışır, tələsənlər həlak olacaq; yalnız təslim olanlar qurtuluşa çatacaq və bizə qayıdacaq."

Məhəmməd ibn Müslim belə nəql edir ki, İmam Sadiq (ə) mənə belə buyurdu: "Zühur vaxtını sənə təyin edəcək kimsəni yalançı olaraq adlandırmaqdan qorxma! Çünki biz (Əhli-beyt) onun zühuru üçün vaxt təyin etmirik."

Bu mövzuda bunlardan başqa əlavə 10 hədis nəql edilmişdir.

Hədislərdən bu nəticəyə çatmaqdayıq ki, nə Rəsulullah (s) nə də hər hansı imam (ə) zühur üçün müəyyən bir zaman təyin etməyiblər."


DOSTLARINLA PAYLAŞ:

oyunlar