İlham Əliyev xalqı təbrik etdi
01 Yanvar 2014 Çərşənbə 00:01
İlham Əliyev: Biz iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqı təbrik edib. Dövlət başçısı təbrik çıxışında deyib:
“Hörmətli xanımlar və cənablar, əziz həmvətənlərim, 2013-cü il arxada qalır. 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilib. Qarşımızda duran bütün məsələlər öz həllini tapıb və ölkəmiz hərtərəfli inkişaf etməyə davam edib. 2013-cü il ölkəmiz üçün çox uğurlu il olub. Bütün istiqamətlər üzrə ölkəmizin inkişafı hər bir Azərbaycan vətəndaşını sevindirir. Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilib. Həm ikitərəfli formatda həm də çoxtərəfli formatda Azərbaycanın beynəlxalq əlaqələri artıb və güclənib. Biz iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq...”
Ölkə başçıxı nitqinin yekununda Azərbaycan xalqını “Dünya Azərbaycanlılarının Həmrəylik” günü və yeni il münasibəti ilə ürəkdən təbrik edib:
“Əziz bacılar və qardaşlar, bu gün eyni zamanda dünya Azərbaycanlılarının həmrəylik günüdür. Dünyada yaşayan bütün azərbaycanlılar əminəmk ki, fəxr edirlər ki, bu gün güclü Azərbaycan dövləti var. Dövlət ki, öz vətəndaşları üçün çalışır, öz vətəndaşlarının qayğıları ilə yaşayır, müasir, dinamik, demokratik dövlət ki, bu gün bütün azərbaycanlıların vətənidir. Mən bütün Azərbaycan xalqını bir daha “Dünya Azərbaycanlılarının Həmrəylik” günü və yeni il bayramı münasibəti ilə ürəkdən təbrik edirəm, hər bir azərbaycanlı ailəsinə xöşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram. Bayramınız mübarək olsun!”
DOSTLARINLA PAYLAŞ: