İlham Əliyev Toni Bleyeri qəbul edib
01 Dekabr 2009 Çərşənbə Axşamı 18:10
Prezident İlham Əliyevin adından Böyük Britaniyanın keçmiş Baş nazirinin şərəfinə işçi nahar verilib
Prezident İlham Əliyev Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyeri qəbul edib. Keçmiş Baş nazir Toni Bleyer Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsinə səfərlərini xatırladıb. Böyük Britaniyanın ölkəmizdə nüfuzlu şirkətlər vasitəsilə təmsil olunduğunu deyən qonaq, Azərbaycan iqtisadiyyatının dünyada ən sürətli templərlə artdığı barədə də məlumatlı olduğunu vurğulayıb.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini, energetika ilə başlanan əməkdaşlığımızın hazırda müxtəlif sahələri əhatə etdiyini bildirib. Böyük Britaniyaya son səfərini xatırlayan Prezident İlham Əliyev səfərin məhsuldar olduğunu və yaxşı nəticələr verdiyini deyib. Ölkəmizdə Böyük Britaniyanın çoxlu sayda şirkətlərinin fəaliyyət göstərdiyini deyən dövlət başçısı bunların böyük sərmayədarlar olduqlarını qeyd edib.
Sonra Prezident İlham Əliyevin adından Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin şərəfinə işçi nahar verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: